MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ


18 Yanvar 2012-ci il

18 yanvar 2012-ci il tarixdə Mərkəzi kitabxanada  20yanvar  faciəsi  ilə əlaqədar “20 yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda tədbir keçirildi.Tədbirdə şəhər 3 saylı məktəbin uşaqları  iştirak edirdi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru Ə.Nəzərov acdı.MKS- nin Metodika biblioqrafiya şöbəsinin müdiri R.Məlikova “20 yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda məruzə etdi.Sonda 3 saylı orta məktəbin şagirdləri 20 yanvar mövzusunda  Aytəkin Süleymanova, Yüsif Qurbanov, Vüqar Səmədov, Arzu Sadıqova və başqaları  şeirlər  söylədilər.

      

16 Yanvar 2012-ci il

16 yanvar 2012 –ci il tarixdə  Mərkəzi kitabxanada  “Hüquqi yardım” ictimai birliyinin sədri İlqar Qasımovun Avropa insan hüquqları məhkəməsinə dair bələdçi kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə Cənub xəbərləri qəzetinin baş redaktoru Zahir Əmənov açdı.MKS –nin direktoru Ə.Nəzərov, Mədəniyyət evinin direktoru V.İsmayılov və başqaları “Hüquqi Yardım” ictimai birliyi tərəfindən ictimaiyyətin müzakirəsinə təqdim edilən kitabın insan və vətəndaşlıq hüquq və azadlıqlarının təbliği sahəsində xüsusi rol oynayacağının əhəmiyyətindən danışdılar.Müəllifə yeni- yeni uğurlar arzuladılar.

     

30 Dekabr 2011-ci il

30 dekabr 2011-ci il tarixdə Mərkəzi kitabxanada Dünya Azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar “31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik”günüdür mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru Ə.Nəzərov açdı.MKS-nin Metodika şöbəsinin müdiri R.Məlikova “31 Dekabr Dünya Azərbaycanlıların həmrəylik” günüdür mövzusunda məruzə etdi.

28 Dekabr 2011-ci il

28 dekabr 2011-ci il tarixdə  Mərkəzi kitabxanada şair Nüsrət Kəsəmənlinin anadan olmasının 65 illiyi münasibətilə “Nəğməkar şairimiz” mövzusunda oxucularla söhbət keçirildi.Söhbəti Xidmət şöbəsinin işçisi Ş.Nəsirova apardı.Sonda oxucular şairin şeirlərindən parçalar söylədilər.

       

1 dekabr 2011-ci il

1 dekabr 2011-ci il tarixdə C.Cabbarlı adına Masallı rayon MKS-də Beynəlxalq QİCS-lə (SPİD) mübarizə günü ilə əlaqədar “QİCS-lə mübarizə”mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə Mədəniyyət evinin direktoru V.İsmayılov açdı.MKS-nin işçisi M.İsgəndərov “QİCS-lə mübarizə” mövzusunda məruzə etdi.

4 noyabr 2011 – ci il

C.Cabbarlı adına Masallı rayon MKS-də YUNESKO-nun yaranmasının 65 illiyi ilə əlaqədar “YUNESKO-nun Azərbaycanda fəaliyyəti” mövzusunda oxucularla söhbət aparıldı.Söhbəti kitabxanaının işçisi Kərimova Gülər apardı.

11 noyabr 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS-də 12 noyabr Konstitusiya günü ilə əlaqədar “12 noyabr Konstitusiya gunu”dur mövzusunda tədbir kecirildi.Tədbiri giriş sözü ilə MKS- nin Xidmət şöbəsinin işçisi Ş.Nəsirova açdı.Metodika şöbəsinin işçisi R.Zeynalova məruzə etdi.

17 noyabr Milli Dirçəliş günüdür.

17 noyabr 2011-ci il tarixdə Masallı rayon MKS-də Milli Dirçəliş günü ilə əlaqədar tədbir keçrildi.Tədbiri Xidmət şöbəsinin müdiri Ceyran Məmmədova açdı.MKS-nin baş kitabxanaçısı Şəmsurə Nəsirova məruzə etdi.

      

20 noyabr 2011-ci il

Masalllı rayon MKS-də Dövlət Bayrağı günü ilə əlaqədar tədbir keçirildi.Tədbiri Metodika şöbəsinin metodisti R.Zeynalova açdı.Xidmət şöbəsinin böyük kitabxanaçısı Ş.Nəsirova “Bir kərə yüksələn bayraq bir daha enməz”mövzusunda məruzə etdi.

14 oktyabr 2011-ci il

14 oktyabr 2011-ci il tarixdə Masallı şəhərinin mərkəzində yerləşən “Bayraq Meydanı”nda Müstəqilliyimizin 20 illiyi çərçivəsində turizm sərgisi təşkil olunmuşdur.Umumillikdə rayonda 31 turizm obyekti fəaliyyət göstərir.Onlardan 26 obyektin lisenziyası vardır.Rayonda fəaliyyət göstərən turizm obyektləri eyni zamanda 1100-ə yaxın turisti qəbul etmək imkanına malikdir.2011-ci ilin 9 ayı ərzində rayona ümumulikdə 14300-ə yaxın turist gəlmişdir.Onlardan 500 nəfəri xarici turistlər olmuşdur.Sərgidə rayonun turizm obyektləri öz xidmətlərini və bölgə mətbəxinin ən ləziz təamlarını nümayiş etdirmişlər.Eyni zamanda sərgidə rayonun el sənətkarlarının əl işləri,R.Tağıyev adına Masallı Tarix-diyarşünaslıq müzeyinin eksponatları sərgilənmişdir.Daha sonra böyük konsert praqramı təşkil olunmuşdur.Konsertdə rayon Mədəniyyət Evinin özfəaliyyət kollektivləri,”Halay”folklor ansamblı və ansablın veteran üzvləri rəngarəng mahnı və rəqs nömrələri ilə çıxış etmişlər.Tədbirdə turizm sahəsində səmərəli fəaliyyətinə görə bir neçə turist obyekti Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.                                

             

             

            

13 oktyabr 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS-nin 85 saylı I Səmidxan kənd filialında 13 oktyabr 2011-ci ildə Müstəqilliyimizin 20 illiyi ilə əlaqədar “Müstəqillik xalqımızın mənəvi sərvətidir” movzusunda oxucularla söhbət keçirildi.Söhbəti kitabxananın müdiri Ş.Məmmədova apardı.

       

07 oktyabr 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS- nin 40 saylı II Yeddioymaq kənd filialında 07 oktyabr 2011-ci ildə Müstəqilliyimizin 20 illiyi ilə əlaqədar “Müstəqilliyimiz əbədidir” mövzusunda oxucularla söhbət keçirildi.Söhbəti Kitabxananın müdiri S.Əliyeva  apardı.

     

01oktyabr 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS-də 1oktyabr 2011-ci ildə Beynəlxalq Ahıllar günü ilə əlaqədar “Qocalar tarixin sirdaşıdır”movzusunda oxucularla sohbət keçirildi.Söhbəti MKS-nin Metodika şöbəsinin müdiri R.Məlikova apardı.


22  sentyabr 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS-də 22 sentyabr–29 sentyabradək Müstəqilliyimizin 20 illiyinə həsr olunmuş sərgi təşkil olunmuşdur.Sərgi  açiq havada və oxu zalında təşkil olunmuşdur.Sərgi “Müstəqil Azərbaycan”,“Heydər Əliyevin şah əsəri Müstəqil Azərbaycan”,”Mən fəxr edirəm ki,Azərbaycanlıyam”,”Xalqa,vətənə dövlətə sədaqət”,”Heydər Əliyev dünyaya pəncərə”başlıqları altında Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlı nəşr olunan kitablar nümayiş etdirilmişdir.

                 

15 sentyabr 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS-də 15 sentyabr Bilik günü ilə əlaqədar tədbir keçirildi.Tədbirdə məktəblilər və oxucular iştirak etdi.Tədbiri giriş sözü ilə Metodika şöbəsinin  müdiri R.Məlikova açdı.MKS-nin işçisi İ.Mikayılova “Təhsil gələcəyə aparan parlaq yoldur”mövzusunda məruzə etdi.Tədbirdə çıxış edənlər məktəbliləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdilər.

  

C.Cabbarlı adına Masallı rayon MKS-nin 78 saylı Lürən kənd filialında 15 sentyabr Bilik günü ilə əlaqədar “15 senyabr Beynəlxalq bilik günüdür” mövzusunda tədbir keçirildi.Tədbirdə Lürən kənd orta məktəbinin şagirdləri iştirak edirdi. 

                                      

13 sentyabr 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS-də Müstəqilliyimizin 20-ci ildönümü münasibətilə “Müstəqilliyimiz milli sərvətimizdir” mövzusunda tədbir keçirildi.Tədbirdə filial kitabxanaçıları və oxucular iştirak etdi.Tədbiri giriş sözü ilə MKS- nin direktoru Ə.Nəzərov açdı.Böyük kitabxanaçı Ş.Nəsirova“Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir”mövzusunda məruzə etdi.Tədbirdə çıxış edənlər Müstəqil Azərbaycanın son iyirmi ildə keçdiyi inkişaf yoluna da nəzər saldılar.

                

31 avqust 2011-ci il

C.Cabbarlı adına Masalllı rayon MKS-də 31 avqust 2011-ci il tarixdə Qubadlı rayonunun ermənilər tərəfindən işğalı günü ilə əlaqədar tədbir keçirildi.Tədbiri giriş sözü ilə Metodika şöbəsinin müdiri R.Məlikova açdı.Xidmət şöbəsinin böyük kitabxanaçısı Ş.Nəsirova “Qubadlı rayonunun işğalı” mövzusunda məruzə etdi.Tədbirdə çıxış edənlər torpaqlarımızın işğalı haqqında ətraflı məlumat verdilər.


23 avqust 2011-ci il

       

 

 “Halay” Macarıstanda müvəffəqiyyətlə çıxış edib

Avropada məşhur olan bu festivalda müxtəlif illərdə dünyanın yüzə yaxın ölkəsindən folklor ansamblı çıxış etmişdir.Bu il festivala Türkiyə, Fransa, Çin, Rusiya, Kanada, Bolqarıstan, Rumıniya və digər ölkələrdən 20 rəqs kollektivi qatılmışdır.

Masallı rayon “Halay” folklor rəqs kollektivi avqustun 12-dən 

22-dək Macarıstanın Sazhalombatta şəhərində XVIIIBeynəlxalq folklor festivalında iştirak etmişdir.

Festivalda Azərbaycanı Lətifə Mövsümovanın rəhbərliyi altında Masallı rayonunun “Halay” folklor rəqs kollektivi təmsil etmişdir.Bu folklor bayramına Azərbaycan ilk dəfə qatılmışdır.

“Halay” rəqs qrupu festival günlərində Sazhalombatta şəhəri ilə yanaşı Tököl, Rakeve, Diojd, Patom və Dunay çayında gəmidə də konsert proqramı ilə çıxış etmişdir.Həmçinin  müharibə və əmək veteranlarının, əlil insanların qonağı olmuş, onlara Azərbaycanın milli rəqslərini təqdim etmişlər.Eyni zamanda “Halay” rəqs qrupu Türkiyə, İtaliya, Çin, Tailand, Peru, Bolqarıstan, Estoniya ölkələrinin folklor rəqs kollektivlərinə Azərbaycanın milli rəqslərinin öyrədilməsi ilə də məşğul olmuşlar.Umumuyyətlə “Halay” folklor rəqs qrupunun çıxışı həm də digər iştirakçı ölkələrin rəqs kollektivləri  tərəfindən maraqla qarşılanmışdır.”Halay” folklor rəqs kollektivi festivalın sonunda qiymətli hədiyyələr və xüsusi diplomla mükafatlandırılmışdır.


         



23 avqust 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS-də 23 avqust 2011-ci il Cəbrayıl rayonunun ermənilər tərəfindən işğalı günü ilə əlaqədar “İşğal  olunmuş torpaqlarımız” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə MKS-nin Metodika şöbəsinin müdiri R.Məlikova açdı.Oxu zalının böyük kitabxanaçısı A.Quliyeva “İşğal olunmuş torpaqlarımız” mövzusunda məruzə etdi.Tədbirdə çıxış edənlər torpaqlarımızın işğalı haqqında da ətraflı məlumat verdilər

12 avqust 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS-nin 37 saylı Öncəqala kənd filialında Xalq şairi Qabilin anadan olmasının 85 illiyi ilə əlaqədar tədbir keçirildi.Kitabxananın müdiri N.Hidayətova şairin həyat və yaradıcılığı haqqında məruzə etdi.Oxucular şairin şeirlərindən parçalar söylədilər.




01 avqust 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS– də 1 Avqust 2011–ci ildə 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə“Dilimiz mənəvi sərvətimizdir”mövzusunda tədbir keçirildi.Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, 4 nömrəli baxçanın uşaqları və oxucular iştirak edirdi.“Dilimiz mənəvi sərvətimizdir” mövzusunda MKS–nin direktoru Ə.Nəzərov məruzə etdi.Tədbirdə cıxış edənlər yazıçı Musarza Musayev, şair  Rəsul Rzayev və başqaları bu gün haqqında maraqlı məlumat verdilər.Tədbir 4 nömrəli baxçanın uşaqlarının dil və vətən mövzusuna həsr olunmuş şeir çələngi ilə sona yetdi.

               


                 

23 iyul 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS – də 23 İyul 2011 – ci ildə Ağdamın işğalı ilə əlaqədar tədbir keçirildi.Tədbirdə Mədəniyyət və Turizm şöbəsinin işçiləri və oxucular iştirak etdi.Tədbiri giriş sözü ilə MKS – nin  direktoru Ə. Nəzərov açdı. Mədəniyyət evinin direktoru V.İsmayılov “Ağdamın işğalı” mövzusunda məruzə etdi.Tədbirdə çixış edənlər torpaqlarımızın işğalı haqqında da ətraflı məlumat verdilər

22 iyul 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS – də 22 iyul Mətbuat günü ilə əlaqədar tədbir keçirildi.Tədbirdə kitabxanaçılar  və oxucular iştirak edirdi.Tədbiri giriş sözü ilə Heydər Əliyev Müzeyinin direktoru Ə.Tahirov açdı.MKS –  nin  Xidmət şöbəsinin müdiri C.Məmmədova “Mətbuatımızın bu günü və sabahı”mövzusunda məruzə etdi.Tədbirdə cıxış edənlər “Əkinçi” qəzeti  haqqında da ətraflı məlumat verdilər.

6 iyul 2011-ci il

  C.Cabbarlı adına Masallı rayon MKS – də 6 iyul 2011 – ci il Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanəli Tolışın 70 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai Siyasi Partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Əliyev, Masallı yazarları və oxucular iştirak edirdi.Tədbiri giriş sözü ilə şair Rafiq Məmməd açdı. Şair Allahverdi Bayrami şair Xanəli Tolışın həyat və yaradıcılığı haqqında məruzə etdi. Tədbirdə çıxış edənlər şair Camal Lələzadə, Qızıl qələm mükafatı laureatı Səxavət Qafarlı, MKS – nin direktoru Ələddin Nəzərov, şair Məmmədşah Mirzə, şair Hadi Seybətinli   və başqaları şairi təbrik etdilər və uğurlar arzuladılar.Sonda Xanəli Tolışa Qızıl qələm mükafatı təqdim edildi.

            



30 iyun 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS - də 30 iyun 2011 – ci il Narkomoniya ilə beynəlxalq mübarizə günü ilə əlaqədar “Narkomoniya bəşəriyyətin faciəsidir”mövzusunda oxucularla söhbət keçirildi.Söhbəti MKS – nin Metodika şöbəsinin müdiri R.Məlikova, oxu zalının müdiri A.Quliyeva apardı.                    

26 iyun 2011-ci il

C.Cabbarlı adına Masallı rayon MKS – də 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar “26 iyun Silahlı Qüvvələr günüdür” mövzusunda tədbir keçirildi.Tədbirdə kitabxanaçılar və oxucular iştirak edirdi. Tədbiri giriş sözü ilə MKS –nin Xidmət şöbəsinin müdiri C.Məmmədova açdı. MKS – nin Metodika şöbəsinin müdiri R.Məlikova “Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik dövlətdir” mövzusunda məruzə etdi.Tədbirdə çıxış edənlər “Cümhuriyyət dövründə hərbi quruculuq” mövzusunda da məlumat verdilər. 

                     

14 iyun 2011-ci il

                  15 iyun Milli Qurtuluş günüdür.

 C.Cabbarlı adına Masallı rayon MKS – də 14 iyun 2011 – ci ildə 15 iyun "Milli Qurtuluş Günü" ilə əlaqədar 15 iyun 1993 – cü il Azərbaycan dövlətçiliyinin xilası  günüdür” mövzüsunda tədbir keçirilmişdir. Tədbirdə Sakit Tağıyev adına Digah kənd orta məktəbinin 5 – ci sinif şagirdləri iştirak etmişdi.Tədbiri giriş sözü ilə MKS – nin direktoru Ə.Nəzərov açdı. 18 il əvvəl “olum, ya ölüm” dilemması qarşısında qalmış Azərbaycan dövlətçiliyi və xalqının yeganə xilaskarı Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı haqqında məlumat verdi.Sakit Tağıyev adına Digah kənd orta məktəbinin tarix müəllimi V.Rəcəbli Milli Qurtuluş günü ilə əlaqədar “15 iyun 1993 -  cü il Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda geniş məruzə etdi.Tədbirin sonunda məktəblilər vətənpərvərlik mövzusunda şerlər söylədilər.

 1 Iyun 2011 – ci il tarixində C.Cabbarlı adına Masallı rayon MKS – də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir kecirildi.Təbirdə MKS –nin işçiləri ilə birlikdə 3 saylı baxçanın müəllim və uşaqları da iştirak etdi.Tədbiri giriş sözü ilə MKS –nin direktoru Ə.Nəzərov açdı.O, qonaqları salamlayaraq 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü haqqında məlumat verdi.Tədbir boyu 3 saylı baxçanın uşaqları Pərvanə və Səlimə müəllimənin rəhbərliyi altında müxtəlif mövzularda şeirlər söylədilər, mahnı oxudular.Tədbir uşaqların ifasında Dövlət himni ilə sona çatdı. Tədbir başa çatdıqdan sonra uşaqlara hədiyyələr verildi.

  

 27 may 2011-ci il

                      Respublika günü 

 Xalqımızın tarixində Şanli səhifələrdən olan Respublika günü Masallıda böyuk təntənə ilə qeyd olundu. Rayon İcra Başcısı  Qəzənfər Agayev və aparat üzvləri, Yeni  Azərbaycan Partiyasının  üzvləri, Hüquq-mühafizə orqanlarının əməkdaşları, veteranlar, ictimaiyyət nümayəndələri ulu öndərimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələrı qoydular.Sonra tədbir iştirakçıları Bayraq meydanına istiqamət aldı. Burada rayon mədəniyyyət evinin solistləri və “Halay” folklor kollektivinin iştirakı ilə bayram konserti təşkil edildi. Solistlərdən Atamoğlan Zahid, Firudin Səfərov, Miriş Hüseynov, Qızılgül Əhədova, Rövşən Mürüvvətoğlu və başqalarının ifasinda  Azərbaycan, Masallı, müstəqillik, sülh və azadlıq nəgmələri alqışlarla qarşılandı.


                

10 May 2011 – ci il tarixdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88 –ci ildönümü ilə əlaqədar tədbir keçirildi.Masallı rayon İcra Hakimiyyətinin Başçısı Qəzənfər Ağayev, hüquq – mühafizə orqanlarının, idarə - müəssisə rəhbərləri və ictimaiyyətin nümayəndələri Ulu öndərin adını daşıyan parkda onun əzəmətli abidəsini ziyarət etmiş, təzə - tər gül dəstələri düzmüşlər.Tədbir Nizami Gəncəvi adına şəhər mədəniyyət və istirahət parkında davam etmişdir. Parkda Heydər Əliyevin həyat və yaradıcılığından ibarət kitab sərgiləri təşkil edilmiş, yeniyetmələrin əl işləri nümayiş etdirilmişdir.Tədbir konsert proqramı ilə davam etmişdir.Konsertdə Respublikanın Əməkdar incəsənət xadimi G.Əliyeva adına “Dan ulduzu”instrumental ansamblının üzvləri Şəhla Həmidova, Rövşən  Əziz, həmçinin Masallı rayon mədəniyyət evinin solistləri Atamoğlan Zahid, Firudin Səfərov çixış etmişlər.Tədbirdə “Halay”folklor ansamblı və “Masallı”rəqs kollektivi də iştirak etmişdir.                                                    


            

            

      

06 may 2011-ci il

                       Masallıda kitab bayramı

Cəmi iyirmi gün əvvəl – möhtərəm Prezidentimiz İlham Əliyevin xeyir-duası ilə açılmış Nizami Gəncəvi parkı mayın 6-da yenidən gül-çiçəyə, gənclərin xoş gülüşünə qərq olmuş, mütaliə həvəskarlarının ixtiyarına verilmişdi. Masallı ziyalılarının həmin gün cəm olduğu “Kitab bayramı” ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə ithaf edilmişdi. Üçrəngli bayraqlar, şüarlar və al-əlvan şarlarla bəzədilmiş parkda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, kitab bayramının emblemi, “Heydər Əliyev - 88” lövhələri xüsusilə diqqəti cəlb edirdi. “Heydər Əliyev mədəni irsimizin keşiyində”, “Xalqın xilaskar oğlu”, “Əsrin müqaviləsini reallaşdıran dahi”, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”, “Kitablar aləmində”, “Sənin maraq dünyan”, “Gəlin, birlikdə mütaliə edək”, “2011-ci il turizm ilidir” sərlövhəli sərgilər ətrafına geniş tamaşaçı kütləsi toplanmışdı. Kitabsevərlər arzu etdiyi nəşrləri seçib götürür, abunə yazılırdı. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra aparatının kollektivi, mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsümova, təhsil və mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri ümummilli lider H.Əliyevin abidəsini ziyarət edib abidə önünə gül dəstələri qoydular. Sonra hamı bayram şənliyinə qatıldı. “Sən elə bir zirvəsən” mahnısının sədaları ətrafa yayıldıqca insanların fərəh hissi daha da çoxalırdı. Kitab-bilik xəzinəsi ilə bağlı müdriklərin dediyi fikirlərdən nümunələr gətirildi. Məktəblilər ulu öndərimizə və kitaba aid şeirlər söylədi, H.Əliyevin bu sahəyə verdiyi önəmdən danışdı. “Halay” folklor ansamblının və “Masallı” rəqs qurupunun rəqsləri bayrama xüsusi yaraşıq verdi. Çıxış edənlər Ağalar İdrisoğlu, şair Məmməd Kazım, şair Nurməmməd Ağa, Arif Fərzəli dahi rəhbərimiz Heydər Əliyevin kitaba, elmə, maarifə və mədəniyyətə, habelə milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymətdən danışdılar.

      



  
    
   
                     
                      
          
Masallıda rayon Mərkəzi Kitabxanasının Veb-saytı, Elektron kataloq və Elektron kitabxanasının təqdimatı keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» uğurla həyata keçirilir.
Sözügedən Dövlət Proqramının icrası məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Masallı rayon Mərkəzi Kitabxanası Avtomatlaşdırılmış Kitabxana – İnformasiya Sistemi ilə təmin edilmiş, kitabxananın Veb-saytı (http://www.masalli-mks.az) hazırlanaraq İnternet məkanında yerləşdirilmişdir.
Bu gün  Masallı rayon Mərkəzi Kitabxanasında kitabxananın yeni Veb-saytının, habelə Elektron kataloq və Elektron kitabxanasının təqdimatı keçirilmişdir.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova çıxış edərək Azərbaycanda kitabxana – informasiya sahəsi üzrə Dövlət Proqramının uğurla həyata keçirildiyini, bu məqsədlə kitabxanaların fondu zənginləşdirildiyi və respublikanın şəhər, rayon  kitabxanalarında Avtomatlaşdırılmış Kitabxana – İnformasiya Sisteminin quraşdırıldığını bildirdi. O, qısa bir müddətdə respublikanın 30-dan çox şəhər və rayon kitabxanalarının Veb-saytlarının yaradıldığını və bu saytlar vasitəsi ilə kitabxanaların öz resurslarını İnternet qlobal informasiya məkanına çıxarılmasına  nail olduğunu qeyd etdi.
L. Məmmədova Masallı rayon Mərkəzi Kitabxanasında kitabxana – biblioqrafiya proseslərinin avtomatlaşdırılması məqsədi ilə Avtomatlaşdırılmış Kitabxana – İnformasiya Sisteminin quraşdırılmasını rayonun ictimai və mədəni həyatında mühüm hadisə olduğunu qeyd etdi. O, Avtomatlaşdırılmış Kitabxana – İnformasiya Sisteminin quraşdırıldıqdan sonra rayon Mərkəzi kitabxanasında Elektron kataloq və Elektron kitabxananın yaradılması işinə başlayacağını və gələcəkdə yaradılan bu resurslar virtual xidmət vasitəsi ilə oxuculara təqdim edəcəyini bildirdi.   
Tədbirdə çıxış edən Masallı rayon mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsümova Masallı rayonunda mədəniyyət sahəsində ilk dəfə olaraq rayon Mərkəzi Kitabxanasının Veb-saytının yaradılması əhəmiyyətli bir iş olduğunu qeyd etmiş və Veb-saytda nəinki kitabxana – informasiya sahəsi, Masallı rayonu, onun turizmi, tarixi abidələri, muzey sərvətləri, istirahət məkanları və s. haqqında ətraflı məlumatlar yerləşdirildiyini qeyd etmişdir.
Tədbirdə Masallı rayon İcra Hakimiyyəti başçısının müavini N.Muxtarov çıxışında dövlətin mədəniyyətə, kitabxanalara qayğısının diqqətəlayiq olduğunu və Azərbaycan xalqının intellektual potensialının formalaşmasında kitabxanaların üzərinə böyük vəzifələr düşdüyünü qeyd etdi. N.Muxtarov çıxışında Masallı rayon Mərkəzi Kitabxanasının Veb-saytının yaradılması və kitabxana proseslərinin avtomatlaşdırılması rayonda elmin, təhsilin, mədəniyyətin inkişafına yardım edəcəyini və masallılar üçün böyük bir töhfə olduğunu vurğuladı.

Sonra rayon Mərkəzi Kitabxanasının Veb-saytı və yeni quraşdırılmış Avtomatlaşdırılmış Kitabxana – İnformasiya Sistemi proyektor vasitəsi ilə ekranda nümayiş etdirildi. Elektron resurslar oxucuların böyük marağına səbəb oldu.  

 
 
 
Sitatlar
 


“Azərbaycanın hər bir yeri, hər bir guşəsi mənim üçün doğmadır, əzizdir, mənim Vətənimdir.
Bilirsiniz ki, Masallıya da mənim xüsusi münasibətim var”.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Reklam çarxı