|
Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi |
|
1934-cü ildə rayon Mərkəzi Kitabxanası yaradılmışdır |
|
Ünvan: AZ 4410, Masallı şəhəri, H.Əliyev parkı |
|
Telefon: (0151) 5 28 04 Mobil: 050-540-75-67 |
|
Masallı rayon MKS-nin direktoru: Nəzərov Ələddin Fazil oğlu |
Masallı rayon Mərkəzi kitabxanası Muzdurlar komitəsinin qərarı ilə 1924 – cü ildə Masallı şəhərində yaradılmışdır.
Muzdurlar komitəsinin üzvlərindən Abı Mirzəyev, Qulamhüseyn Məmmədov, Həsənağa Kərimovun təşəbbüsü ilə ayrı – ayrı adamlardan toplanmış 250 nüsxə kitabı olan kitabxana kiçik bir otaqda yerləşdirilmişdi.
1978 – ci ildə rayon kitabxanaları Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır.
Masallı rayon MKS – nin tərkibində 1 mərkəzi, 1 uşaq, 3 şəhər və 74 kənd kitabxana filialları fəaliyyət göstərir.
Mərkəzi kitabxanada 5 şöbə fəaliyyət göstərir.
- Xidmət Şöbəsi
- Metodika və biblioqrafiya şöbəsi.
- Vahid fondun təşkili və ondan istifadə şöbəsi.
- Kitabişləmə və komplektləşdirmə şöbəsi.
- Musiqi, not şöbəsi.
MKS “Mədəniyyət haqqında”, “Kitabxana işi haqqında” qanunları, “Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında əsasnamə”ni, Respublika Prezidentinin kitabxana işi ilə bağlı bütün qərar və sərəncamlarını, digər direktiv sənədləri rəhbər tutaraq fəaliyyət göstərir.
Masallı rayon Mərkəzi Kitabxanasının Şöbələri
Mərkəzi kitabxanada 5 şöbə fəaliyyət göstərir.
- Xidmət Şöbəsi
- Metodika və biblioqrafiya şöbəsi.
- Vahid fondun təşkili və ondan istifadə şöbəsi.
- Kitabişləmə və komplektləşmə şöbəsi.
- Musiqi, not şöbəsi.
Masallı rayon MKS – yə üzv yazılma qaydası.
Masallı rayon MKS-nin tabeliyində olan bütün kitabxanalara hər bir vətəndaş üzv yazıla bilər. Bu zaman hər kəs şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir. Oxucuya anket yazılır, ona kitabxanadan istifadə qaydaları izah edilir, kitabın qorunmasının zəruriliyi izah olunur.
Şəhərin məktəbli oxucuları oxuduqları məktəbdən arayış təqdim edirlər. Bu ona görə edilir ki, oxucu ilə bağlı məktəblə əlaqə saxlamaq mümkün olsun.
Masallı rayon MKS-nin kitab fondundan istifadə qaydaları.
Kitab oxucuya 15 gün müddətinə verilir. Bu vaxt ərzində oxucu həmin kitabı oxuya bilməyibsə, oxucunun xahişi ilə müddət yenidən uzadılır və anketdə müvafiq qeydlər aparılır.
Kitab vaxtında qaytarılmadıqda oxucu ilə telefon əlaqəsi yaradılır və ona xəbərdarlıq edilir, nəticə vermədikdə oxucunun ünvanına rəsmi məktub göndərilir.
Kitab itirildikdə, imkan daxilində oxucudan həmin adda kitab alınıb kitabxanaya verilməsi tələb olunur. Bu mümkün olmadıqda qanuna müvafiq tədbir görülür.
Masallı rayon MKS-nin iş vaxtı haqqında məlumat
Mərkəzi kitabxananın iş vaxtı səhər saat 1000 – dan axşam saat 1800dəkdir. Kitabxana fasiləsiz işləyir. İstirahət günlərindən kitabxanaçılar növbəlilik əsasında, əvəzçiliklə istifadə edirlər.Kənd kitabxana filialları iş vaxtını yerli şəraitə uyğun qururlar. İş günü 7 saat olmaqla kənd kitabxanaçıları bir istirahət günündən istifadə edirlər.
|