"İstisu" sanatoriyası uzun illər primitiv şəkildə fəaliyyət göstərirdi. 1998-ci ildə iş adamı Hacı İldırım Allahyarov tərəfindən özəlləşdirildikdən sonra burada əsaslı yenidənqurma işləri aparıldı. Sahibkarlara dövlət tərəfindən verilən dəstək nəticəsində yeni binalar, kotteclər, vanna, masaj korpusları, yeməkxanalar, istirahət guşələri tikildi. Dəməlov dağının ətəyində, Viləş çayının sahilində yerləşən bu məkan onu görənləri valeh edir. Bu yaxınlarda xarici ölkələrin Azərbaycanda olan səfirliklərinin bir qrup nümayəndəsi cənub bölgəsinə səfərləri zamanı Masallı rayonu ilə tanış olarkən "İstisu" sanatoriyasına da baş çəkmişlər. Buradakı təbiət, müalicəvi su onların böyük marağına səbəb olmuşdur. Səfirlərdən bir neçəsi turizm mövsümünün qızğın vaxtında "İstisu"ya gələcəyini bildirmişdir.
"İstisu" sanatoriyası Talış meşələri ərazisində Viləş çayının sahillərində yerləşir. Kükürdlü çeşmələr hesabına, tərkibinə görə sonsuzluq, dəri-zöhrəvi, yel xəstəliklərinin müalicəsi üçün misilsiz faydası olan sanatoriyadır. Müalicəvi əhəmiyyətli vannalar, gəzintilər, kafe-bar, restoran, park, sadə idman qurğuları, ticarət və iaşə meydançaları var. Qeyd edək ki, insanlar həmin istirahət mərkəzinə təkcə müalicə məqsədilə deyil, həm də dincəlməyə gəlirlər. Termal su şəlaləsi və asma körpü bu yerlərə xüsusi gözəllik verir. Çox populyar müalicəvi mineral su olan İstisu eyni zamanda qablaşdırılaraq ölkəmizin apteklərində satılır.
"Nil bağı" Talış meşələrində yerləşir. Bu hotel də Avropa standartlarına uyğun təmir olunub. Sanatoriyada kafe, bar, hovuz, kotteclər və sadə idman qurğuları var.
Bunlardan başqa, Talış meşələrində 15-ə yaxın turizm-istirahət obyektləri fəaliyyət göstərir.
Masallı rayonunun ərazisində əsrlərin arxasından boylanan abidələr, keçmişi özündə əks etdirən yaşayış yerləri, nümunələr də az deyil. Onların böyük hissəsi Hişkədərə kəndində yerləşən Tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır. Burada bölgənin qədim, orta əsr, yeni və ən yeni dövrünə aid 18 mindən çox eksponat, hətta eniolit dövrünə aid olan əşyalar toplanmışdır. Tunc qılınclar, daş alətlər və daş silah, tunc qab-qacaqlar, vaxtilə istifadə edilən vəl, xış, xəlbir, şana, kürək, şallaq, misgərliyə aid sərpuş, tas, camlar və digər əşyalar muzeyə gələnləri uzaq keçmişlə tanış edir. Muzeyin eksponatları içində qədim sikkələr də maraq doğurur. Burada Sasani, Parfiya, Eldəgizlər, çar Rusiyasının Nikolay dövrünə aid, 1917-ci ildən sonra buraxılan dünya pul nümunələri nümayiş etdirilir.
"Dəştvənd" otelinin 6 hektar ərazisi var. Otelin ətrafında iki süni göl yaradılıb. Göllərdə nadir quşlar və balıqlar yaşayır. İstirahət edənlər üçün bu göllərdə qayıq gəzintisinə çıxmaq, balıq tutmaq imkanları var. Göldə bisetkalar var..
"Dəştvənd" Oteli Bakı şəhərindən 245 km aralı cənub bölgəsinin dilbər güşəsi olan Masallıda yerləşir. "Dəştvənd" sözünün mənası çöl kənarı, dəniz kənarı deməkdir. Otel rayon mərkəzindən 5 km kənarda Ərkivan kəndinin qərbində Masallı - Yardımlı yolunun sol tərəfində yaradılmış ən gözəl istirahət zonasıdır."Dəştvənd" otelində Avropa üslubunda 30 otaq fəaliyyət göstərir. Bu otaqlardan başqa oteldə daha 5 ikimərtəbəli kettec də var. Kotteclərin birinci mərtəbəsində böyük holl, mətbəx, vanna otağı var. İkinci mərtəbədə isə vanna otağı ilə birlikdə 3 ikinəfərlik otaq var. Oteldə dincələnlər üçün tez-tez Yardımlı şəlaləsinə, Xəzər çimərliklərinə, istisu sanatoriyasına, Lənkəran və Astara şəhərlərinə, ərazidə olan meşələrə və bulaqlara gəzintilər təşkil edilir. "Dəştvənd" otelinin 6 hektar ərazisi var. Otelin ətrafında iki süni göl yaradılıb. Göllərdə nadir quşlar və balıqlar yaşayır. İstirahət edənlər üçün bu göllərdə qayıq gəzintisinə çıxmaq, balıq tutmaq imkanları var. Göldə bisetkalar var. "Dəştvənd"in mətbəxində Avropa yeməkləri ilə yanaşı müasir və qədim Qafqaz yeməkləri təqdim olunur. Yeməklər "Dəştvənd"in öz fermasında bəslənən quşların və heyvanların məhsullarından hazırlanır.
"Dəştvənd" Oteli 150 nəfərlik restoran, 60 nəfərlik antik üslubda qurulmuş bar, müasir tələblərə uyğun qurulmuş sauna, hidromassaj, hovuzu və gözəl bağı vardır.
Xidmətlər
Oteldə Avropa üslubunda 30 otaq var. Bu otaqlardan başqa oteldə daha 5 ikimərtəbəli kettec də var. Kotteclərin birinci mərtəbəsində böyük holl, mətbəx, vanna otağı var. İkinci mərtəbədə isə vanna otağı ilə birlikdə 3 ikinəfərlik otaq var. "Dəştvənd" otelinin 6 hektar ərazisi var. Otelin ətrafında iki süni göl yaradılıb. Göllərdə nadir quşlar və balıqlar yaşayır. İstirahət edənlər üçün bu göllərdə qayıq gəzintisinə çıxmaq, balıq tutmaq imkanları var. Göldə bisetkalar var. "Dəştvənd"in mətbəxində Avropa yeməkləri ilə yanaşı müasir və qədim Qafqaz yeməkləri təqdim olunur. Yeməklər "Dəştvənd"in öz fermasında bəslənən quşların və heyvanların məhsullarından hazırlanır.
Lakin onu da qeyd etmək lazımdır ki, Masallıda turizmin inkişafı üçün bütün imkanlardan səmərəli istifadə olunmur. Belə ki, rayonun Mahmudavar, Məmmədoba meşələrində, Qızılağac qoruğuna yaxın ərazilərdə turizm üçün əlverişli şərait olsa da, o yerlər boş qalıb. Turist obyektlərindən 11-i isə lisenziyasız fəaliyyət göstərir. Eləcə də bəzi obyektlərdə qiymətlərin şişirdilməsinə yol verilir ki, bu da turist axınına mənfi təsir göstərir. Ən acınacaqlısı odur ki, əmlak mübahisəsi ucbatından "Türkan" turist bazası artıq üçüncü ildir fəaliyyətsizdir. Halbuki hələ sovetlər dönəmində bura turistlərin ən çox istirahət etdikləri yer olmuşdur. İndi obyektin giriş qapısında polis dayanır. Buradakı kotteclər sökülüb dağıdılaraq harasa aparılmışdır. Şübhə etmirik ki, əlaqədar təşkilatlar bu məsələ ilə yaxından məşğul olub, onun həlli üçün təxirəsalınmaz tədbirlər görəcəklər.
|